Geri

Geri qaytarma xidməti bizimlə rahatdır

News

Geri qaytarma xidməti bizimlə rahatdır

Sifarişiniz yanlış göndərilərsə məyus olmayın!
Məyus olmayın!

Artıq Türkiyədən "Geri qaytarma" xidmətimiz aktivdir. Sifarişiniz defekt, yanlış, zədələnmiş şəkildə göndərilərsə geri qaytarma xidmətimizdən istifadə edə bilərsiniz. 

 

- Mağaza tərəfindən yanlış və ya yararsız göndərilən bağlamaları geri qaytara bilərsiniz. 

- Geri qaytarma xidməti üçün bağlama filialımıza daxil olduğu andan etibarən 48 saat ərzində təhvil alınmalı və ofislərimizə geri qaytarılmalıdır.

- Bağlamasını kuryer vasitəsi ilə təhvil alan müştərilər bağlama yerli anbara daxil olduqdan sonra 24 saat ərzində kuryer sifarişi yaratmalıdır. Bağlama ünvana çatdırıldıqdan sonra Türkiyəyə geri qaytarılması üçün 24 saat ərzində filiala təhvil verilməlidir. 

- “Adresə çatdırılma” tarifi ilə təhvil alınan bağlamalar yerindəcə yoxlanılaraq kuryerə təhvil verilməlidir. 

- Sifarişlər çəkiyə uyğun tariflərlə geri qaytarılır.
 

       Qeyd edək ki, NMC CARGO MMC bağlamanın təyinat ölkəsinə çatdırılması və Türkiyə daxili karqoya təhvil verilməsinə görə cavabdehdir.
Türkiyə ofisimizə qaytarılan bağlama satıcı mağaza tərəfindən qəbul edilməzsə yenidən çəki tariflərinə əsasən Azərbaycana çatdırıla bilər. Yaxud müştəri öz sifarişindən imtina edə bilər. Qeyd edək ki, imtina edilən sifarişlərin ödənişi geri qaytarılmır. 
Satıcı mağaza tərəfindən iadəsi qəbul edilməyən bağlamaya görə NMC CARGO MMC məsuliyyət daşımır. 

Geri qaytarılan bağlamaları NMC.az şəxsi kabinetində "Geri qaytarma" başlığı altında izləyə biləcəksiniz. 

 

İadə kodu nədir? İadə kodu necə əldə edilməlidir? 
Geri qaytarılan bağlamalarınız təyinat ölkəsinə çatdıqdan sonra sizdən mağaza tərəfindən iadə kodu tələb olunur. İadə kodu bağlamanın xarici anbardan Türkiyə daxili karqo tərəfindən mağazaya göndərilməsi və iadə edilə bilməsi üçün lazım olan koddur.

 

Həvalə et xidmətimizlə aldığınız sifariş üçün iadə kodunu əməkdaşlarımız mağazaya müraciət edərək sizin əvəzinizə əldə edirlər.


Xarici ünvanlarımızı qeyd edərək  aldığınız sifarişlərin geri qaytarılması zamanı iadə kodunu mağazaya müraciət edərək özünüz əldə etməlisiniz. Adətən alış etdiyiniz saytın sifarişlər bölməsindən müvafiq sifarişi seçərək “Kolay iade və ya İade butonuna klikləyərək iadə kodunu əldə edə bilərsiniz.

 

Bağlama mağaza tərəfindən qəbul edildiyi halda sifarişin məbləği adətən 2-10 iş günü müddətində geri qaytarılır. Ödəniş bank hesabınıza köçürüldükdən sonra Trendyol tərəfindən “Banka referans numarası” verilir və bu koda əsasən bankla əlaqə saxlayıb məlumat əldə etmək mümkündür.


İadə müddəti keçmiş və ya iadə şərtlərini ödəməyən bağlama satıcı mağaza tərəfindən qəbul edilmədiyi halda yenidən Türkiyədaxili kargo ilə xarici anbarımıza geri göndərilir. Bu halda bağlamanız yenidən NMC CARGO hesabınıza əlavə edilərək çəki təyin edilir. Bağlamanın yenidən filiala göndərimi zamanı müvafiq tarifə əsasən ödəniş edilməlidir. İstəyinizə əsasən bağlamadan imtina edilə bilərsiniz. Bu halda müştəriyə NMC tərəfindən hər hansı bir ödəniş qaytarılmır.


Hər birinizə xoş alış-veriş arzulayırıq!

Oxşar xəbərlər

Türkiyədən çanta sifarişi etmədən öncə nələri bilməliyik?

How can I order from Trendyol and other Turkish sites?

Ətraflı
Türkiyədən çanta sifarişi etmədən öncə nələri bilməliyik?

Qırılabilən məhsulları daşıyırıqmı?

Ətraflı
Türkiyədən çanta sifarişi etmədən öncə nələri bilməliyik?

NMC Təhvil məntəqələri

Ətraflı
Türkiyədən çanta sifarişi etmədən öncə nələri bilməliyik?

Sifarişinizi qapınıza çatdıraq

Ətraflı