Qırılabilən məhsulları daşıyırıqmı?
NewsQırılabilən məhsulları daşıyırıqmı?
Türkiyədən sifariş verdiyiniz qırılabilən (fragile) məhsulların daşınması NMC.az ilə mümkündür. Bunun üçün hər hansı bir xüsusi prosesə ehtiyac yoxdur. Sadəcə Türkiyədən sifariş etməyimiz kifayətdir.
Hələ də sifariş edəcəyiniz qırılabilən məhsulun qırılacağı halda nə olacağı barədə narahatsınızsa, bundan sonrakı hissəni diqqətlə oxumağınızı xahiş edirik.
NMC.AZ qırılabilən (fragile) məhsulları Türkiyə anbarına daxil olarkən yoxlayır.
İlkin olaraq bildirmək istərdik ki, biz xarici anbarımıza daxil olan, üzərində "kırılan", "fragile", "kırılabilir" etiketi olan bağlamaları xarici anbarımıza qəbul edərkən yoxlayırıq. Əgər sifariş verdiyiniz bağlama xarici anbarda statusu almışdırsa, bu o deməkdir ki, biz artıq sizin bağlamanızı yoxlayaraq anbarımıza qəbul etmişik. Bundan sonrakı prosesdən biz məsuluq. Əgər ki, Türkiyədən çatdırılması üçün bizim anbarımıza yönləndirdiyiniz üzərində ""kırılan", "fragile", "kırılabilir" etiketi olan bağlamalada Türkiyə daxili karqo tərəfindən (Türkiyə daxili karqolara örnək: PTT, Yurtiçi, MNG, Araskargo və s.) anbarımıza təhvil verildiyi zaman baxış prosesində hər hansı bir qırıq aşkar edilərsə, bu bağlama anbara qəbul edilmir. Eyni zamanda bunu da xatırlatmaq istərdik ki, anbarımıza yönləndirmiş olduğunuz bağlamanın içində qırılan məhsul varsa, lakin üzərində müvafiq etiket yoxdursa, bu bağlamanın daxilindəki məhsulun qırılmasından məsul deyilik.
NMC.AZ-ın təhvil anbarından məhsulu təhvil alarkən qırıldığı aşkar edilərsə, nə etməli?
Qırılabilən məhsulunuz Bakı anbarında statusu aldıqdan sonra, bu bağlamanı anbarımızdan və ya kuryer vasitəsilə təhvil ala bilərsiniz. Bu qismi diqqətlə oxumağınızda fayda var. Qırılabilən məhsulu Bakı anbarından təhvil alarkən mütləq bağlamanı bizim ofisimizdə açıb yoxlamağınız lazımdır. Əgər məhsulda hər hansı bir qırıq aşkar edilərsə, yerində müştəri xidmətləri əməkdaşını dəvət edərək bunu aktlaşdırmalısınız. Bu növ məhsulları təhvil alarkən açıb yoxlaya bilməyiniz üçün, anbarımızda kifayət qədər geniş və kamera tərəfindən müşayiət edilən bölmə ayrılmışdır. Bağlamanızı kuryer ilə təhvil aldığınız zaman isə, əgər bağlamanın üzərində müvafiq etiketlər varsa, kuryerin yanında bağlamanı açmağınız və hər hansı bir qırıq varsa, bunu kuryer qəbzində imza yerinə qeyd etməyiniz mütləqdir.
Bağlama daxilindəki məhsul qırılarsa nə olacaq deyə düşünürsünüz?
Düşünməyin! Yuxarıda qeyd etdiyimiz bütün deyilənlərə əməl etsəniz, qırılmış bağlamanı ya sizin üçün yenidən sifariş edəcək, ya da sizə dəymiş zərəri sizi get-gələ salmadan qarşılayacağıq.
ÖNƏM DAŞIYIRIQ !